28 Ağustos 2016 Pazar

Qiymət necə qoyulmalıdır ?



Qiymət məsələsi çox qəliz məsələdi.Bu haqda çox şey yazmaq olar.Çalışacam bu yazımda faydalı məlumat verə bilim.İnsanlar gündəli həyatlarında hansısa məhsulu alır və ya satır.İnsanlar hansısa məhsulu bəyənməyə bilər başqasını alar, indi almasa da daha sonra alar.Bunlar insanların öz seçimləridir.Amma bütün hallarda qiymət məsələsi qaçınılmazdır.Məhsulu alarkən biz onun üçün pul ödəyirik və məhsulu alırıq.Alış-veriş zamanı insanları maraqlandıran ən çox şey qiymət məsələsidir.Ola bilər ki məhsul əladı, keyfiyyətinə söz ola bilməz amma bu o demək deyil ki müştəri bu məhsulu alacaq.Müştəri məhsulu bəyənib tam da o məhsulu istəyir amma ala bilmir.Çünki qiymət məsələsinə gəldikdə müştərinin cibinə uyğun gəlmir.

 - Əla keyfiyyət, yüksək xidmət məhsulun satılması üçün kifayyət etmir !!!

İstər kişi istərsə də qadın cinsinin nümayəndələri  qol saatı taxmağı sevir və zövqüncə qol saatı satın alırlar.Saatların qiymətinə gəldikdə isə 5-10 manatlıq saat da, 200-300 manatlıq saat da, 5000-10.000 manatlıq saat da var.Saatın funksiyasına gəldikdə isə bütün saatlar eyni işi yerinə yetiri hamısı vaxtı göstərir.Bəs niyə qiymətlər fərqlidir? Bəs niyə hər kəs istədiyi saatı ala bilmir?
  İlk öncə qiyməti nələrin əmələ gətirdiyini deyim.Qiymət əmələ gətirən faktorlar:

 - Xammal.
 - İşçi qüvvəsi.
 - Daşınma xərcləri.
 - Araşdırma xərcləri.
 - Marketinq xərcləri.
 - Komunal xərcləri.

Daha bir çox şey saymaq olar amma əsas olanları qeyd etdim.Bir saatın qiymətinin təyin olunmasında yuxarıda göstərilən faktorlar nəzərə alınır.Saatların fuksiyası eyni olsada onların material tərkibi, mexanizmi, ona çəkilən marketinq xərci və s onun qiymətini dəyişir.Biznesə başlamazdan əvvəl bazar çıxaracağınız məhsul haqqında araşdırma etməlisiniz.Siz öz məhsulunuzu düzgün qiymətləndirməlisiniz.Əgər sizin qiymət bazardakı rəqiblərinizdən çox ucuzdursa bu sizin satışınız problem yaradacaq.Səbəbi isə " Bu çox ucuzdu başqa yerlərdə belə deyil bunda nəsə əngəl var " :)düşüncəsi yaratmasıdır.Əgər qiymətiniz bazardakı rəqiblərinizdən çox olsa yenə satışınızda problem olacaq.Səbəbsə " Bu çox bahadı.Başqa yerdə sərfəlisi var.Bunlar birdən varlanmaq istəyir " :) düşüncəsi yaratmasıdır.Siz qiyməti elə təyin erməlisiniz ki nə çox ucuz olsun nə də çox baha.Bazarla ayaqlaşmalıdır qiymət.Qiymət məhsulun verdiyi faydalara uyğun olmalıdır.Biznes yaradarkən bahalı məhsul satışa çıxarmağl planlaşdırırsınızsa bundan qorxmaq lazım deyil.Bir şeyi unutmaq lazım deyil :
  Hər qiymətin öz alıcı kütləsi var !

Bu yazımda bura qədər.Oxuduğunuz üçün təşəkkür edirəm.Düzgün qiymət qoyun ki biznesiniz uğurla inkişaf etsin :)

Hiç yorum yok:

Yorum Gönder