28 Ağustos 2016 Pazar

Stiv Cobs deyir ki ...



1. " Əgər siz sevdiyiniz işi tapmamısınızsa, axtarışları dayandırmayın. Sakit durmayın. Onu tapdıqda ürəyiniz ilə hiss edəcəksiniz. Və hər yaxşl münasibətdə olduğu kimi illər keçdikcə o daha da yaxşılaşacaq "

2. " Dar düşünənlər, heç vaxt böyük şeylər icad etmirlər "

3. " İş həyatın böyük bir hissəsini tutar və ondan tam zövq almağın yeganə yolu gördüyün işi sevməkdir "

4. " Məzarlıqda ən varlı olmaq mənim üçün deyil. Mənim üçün ən vacib olan yuxuya getdikdə heyrətamiz bir şey etdiyimizi demək imkanıdır "

5. "  Çıqqıltı. Səs-küy. Mükəmməl! "

6. " Bizlik olan isə sadəcə növbəti arzunun arxasınca getməkdir "

7. " Deyilənə görə,  əgər biz müştərilərə mükəmməl məhsullar təklif etməyə davam etsək, onlar bundan sonra da onlara pul xərcləyəcəklər "

 Stiv Cobsun dediklərindən nəticə çıxarmaq isə sizlərə qalıb. Stiv Cobs texnologiya sahəsində yenilik etdi. Bəs bizlər nə etdik. Stiv Cobs dünyada bir iz qoya bildi. Onun adı dünyanın hansı ölkəsində çəkilsə onun haqqında məlumatı olan insanlar var. Bəs bizim adımız? Biz ölüb getdikdən sonra bizi ancaq məhlədəkilər tanıyacaq? Çalışmaq lazımdır ki nə isə edək uğur əıdə edək. Ancaq pulu fikirləşməyək. Uğur üçün məqsəd üçün çalışdığımızda pul özü gələcək. Azərbaycanda StartUplar getdikcə artmağa başlayır təəssüf ki çoxu " Qrant Ovçusu " -dur. İnvestor axtarmağı, yarışmalara qatılıb " çak-çuk " eləməyi buraxmaq lazımdı.Bazar olaraq Azərbaycanı yox dünyanı götürmək lazımdır. İT mütəxəssis olaraq çox yaxşı mütəxəssis ola bilərsiniz amma Biznesdən xəbəriniz yoxdursa heç nə edə bilmərsiniz.

P.S Oxuduğunuz üçün təşəkkürlər. Stiv Cobsun dediklərindən nəticə çıxarmaq lazımdır.

Hiç yorum yok:

Yorum Gönder