27 Ağustos 2016 Cumartesi

Yeni müştəri vs Köhnə müştəri.


Mən bu məsələyə çox ciddi yanaşıram.Fikirimcə yeni müştəri ilə köhnə müştəri bir-birindən çox fərqlənir.İnsanlar köhnə xatirələri, köhnə vaxtları, köhnə dostları çox axtarır.Bu düşünürəm ki həmin xatirələrin, həmin vaxtların, həmin dostların insanlara xoş bir şeylər yaşatdığı üçündür.Amma insanlar yeni olan şeylər haqqında, yeni insanlar haqqında heç bir məlumatı olmadığı üçün onlar haqqında xatırlamalı bir şey də olmur.Yeni məhsullar, yeni xidmətlər və s gözəl ola bilər.Bizə fayda verə bilər.Amma necə deyərlər " Hər şeyin təzəsi, dostun köhnəsi ".
 Şirkətlər, firmalar, mağazalar hər gün satış etmək üçün çalışırlar və daima müştəriyə ehtiyac duyurlar.İnsanların məhsula duyduğu ehtiyac kimi şirkətlər də müştəriyə ehtiyac duyur.Müştəriyə məhsul satmaq üçün satıcılar dəridən-qabıqdan çıxırlar.Çünki onların məqsədi:

 - Ən qısa vaxt ərzində, minimum xərc çəkərək müştərini inandırıb məhsul ilə pulu barter etməkdir !!!

Bundan əvvəlki " Müştərim kimdir? " adlı yazımda bizə lazım olan, ehtiyacımız olan müştəri profilini necə tapacağımız haqqında məlumat verdim.İndi isə yeni müştəri yoxsa köhnə müştəri daha çox fayda verir? sualına cavab tapacayıq.İstənilən biznes fəaliyyəti hər məhsulu bazara çıxaranda yeni müştəri axtarır və bu müştəriləri özlərinə çəkmək üçün marketinq işləri görürlər.Hər kəs istəyər ki daima yeni müştərisi olsun müştəri portfeli daha geniş olsun.Amma yeni müştəri axtarışı çox da ürəyaçan nəticə vermir.Yeni müştəri axtarışı:

 - İşimizi ağırlaşdırır.
 - Daha çox xərc tələb edir.
 - Vaxt aparır.
 - Daha çox araşdırma tələb edir.
 - Daha çox işçi qüvvəsi lazım olur.

Bəs köhnə müştərinin faydası nədir ?

 - İşimiz daha asan olur.
 - Müştəriyə satış etmək rahat olur.
 - Az xərc tələb edir.
 - Yeni müştəri gətirir.
 - Bizim PRımızı aparır.

Müqayisə etsəniz görərsiniz ki yeni müştəri yerinə köhnə müştəriyə daha çox diqqət ayrılsa daha çox satış edə bilərik, daha çox gəlir əldə edərik, daha tez böyüyərik.Amma bu o demək deyil ki yeni müştəri bizə lazım deyil :)
Əgər bazarda 10 yeni müştəri varsa biz o müştərilər üçün həm çox xərc çəkməliyik həm də çox əmək sərf etməliyik.Sonda da 2 müştəriyə satış edirik.Amma 10 köhnə müştəri üçün çalışsaq həm xərcimiz az olacaq həm də az əmək sərf edəcik və 6 satış reallaşdıra bilərik.Köhnə müştəri bizdən təkrar alış-veriş etdikdən sonra onun bizim haqqımızda kiməsə danışması ehtimalı da var.Bu yolla da köhnə müştərimiz bizə yeni müştəri gətirə bilər.

 Bu yazım da bura qədər ümid edirəm ki faydalı məlumat verə bildim sizə.Oxuduğunuz üçün təşəkkür edirəm.
P.S Paylaşmağı unutmayın :)

2 yorum:

  1. Çox sağolun Nəcməddin bəy.Bəyəndiyiniz üçün təşəkkür edirəm.Davamı mütləq gələcək təki siz oxuyun :)

    YanıtlaSil