25 Ağustos 2016 Perşembe

Satıcı kimdir?

İş elanları saytlarına baxdığımızda görürürk ki ən çox vakansiya Satıcı, Satış təmsilçisi, Satış Mütəxəssisi və s olur.Çox insan isə Satıcı vakansiyasını görəndə heç baxmadan keçir.Satıcı olmağı özlərinə sığışdırmırlar.Bu tip insanlar istəsələr belə Satıcı ola bilməzlər.Ötən əsrlərdə Satıcı başqa bir şey idi.İndiki dövürdə isə tamam başqa şeydi.Əvvəllər Satıcılar nə isə öyrənməyə çalışmırdılar çünki onların satdıqları məhsul bazarda çox az firma tərəfindən təklif olunurdu.Müştəri isə məcbur gəlib məhsulu alırdı.Satıcılar da bunu bilirdilər ki onsuz da onlardan alacaqlar niyə əziyyət çəksinlər ki?
  Amma indi belə deyil.Bazarda şirkətlərin, rəqiblərin arması nəticəsində artıq Satıcılar öyrənməlidirlər.Müştərini qazanmaq üçün bacarıqlarını ortaya qoymalıdılar.İndi profesional Satıcı çox azdı.Dükanda ərzaq satan Satıcı ilə hansısa bir xidmət satan Satıcını qarışdırmaq düzgün deyil.

Müqayisə:
 -Ərzaq satıcısı hərkəs ola bilər.Bunun üçün xüsusi bir istedad tələb olunmur.Xidmət satan Satıcı isə satış texnikalarını, müştəri pisixologiyasını və s bilməlidir.

- Ərzaq Satıcısı çörək satmaq üçün müştəri pisixologiyası, satış texnikası və s. bilməsinə ehtiyac yoxdur.Çünki çörək insanın daimi təlabatıdı onsuzda o çörək alacaq.Xidmət satan Satıcı isə məhsulun verəcəyi faydaları və öz bacarığını ortaya qoymalıdır ki o müştərini qazansın.

 Gördüyünüz kimi ikisi də başqa-başqa şeylərdi.Ona görə Satıcıları bayağı görmək düzgün deyil.Bəlkə də siz ərzaq satıcısı ola bilərsiniz.Amma profesional satıcı olmaq üçün öz üzərinizdə illərcə işləməlisiniz.Bəzi insanlar düşünə bilər ki bu satıcı məsələsini çox böyüdürəm.Amma elə deyil.Biznesi yaratmaqla iş bitmir.Əgər profesional Satıcı yoxdursa Biznesiniz iflas edəcək.Şirkətin qan damarıdır Satıcılar.Satış komandası nə qədər peşəkar olarsa Biznesin ömrü də bir o qədər uzun olar.Satıcı özünü necə inkişaf elətdirə bilər?
 - Kitablar.
 - Təlimlər.
 - Veb saytlar.
 - və ən əsas iş şəraitində baş verən hadisələrdən nəticə çıxararaq.

Satıcı nələri bilməlidir?

- Müştəri pisixologiyasını.
- Satış texnikalarını.
- Satışda sual verməyi.
- Etirazlarla baş etməyi.
- Məhsulu yaxşı tanımağı.
- Rəqibləri analiz etməyi.
- Satışın başladılması və bitirilməsini.

 Əsl Satıcı bunları çox yaxşı bilməlidir.Müştəri içəri daxil olan kimi o müştərinin tipini müəyyənləşdirib ona uyğun yaxınlaşmalıdır.Mən əgər mağazaya girirəmsə ehtiyac duymadığım müddətcə satıcının gəlib " Buyurun necə kömək edə bilərəm" deməsini istəmirəm.Satıcı gəlir düz yanımda durur bu isə mənim diqqətimi məhsuldan yayındırır və alış-veriş etmədən çıxıb gedirə.Satıcı bu tip şeylərə diqqət etməlidir.Profesional satıcı hər zaman axtarılır.Hər insan da Satıcı ola bilmir.Çox çalışmaq lazımdır.

Əgər Satıcı olmaq istəyirsənsə ilk öncə bu işi sevməlisən "Satıcı" və Satıcının fərqini bilməlisən !

Bu yazımı da burda bitirirəm :) Oxuduğunuz üçün çox təşəkkürlər. Yaxşı ki varsınız :)

P.S Bloqum yeni olduğu üçün dəstəyinizə ehtiyacım var.Oxuduqdan sonra bloqun linkini sosial hesablarınızda paylaşsanız çox sevinərəm.

Hiç yorum yok:

Yorum Gönder