26 Ağustos 2016 Cuma

Onun day-dayısı var.

Bu məsələ çox aktual məsələdir :)
Day-dayı deyəndə ağlıma gələn 3 şey:

 - Pul
 - Vəzifə
 - Tanış

 Bəli gülməli ola bilər.Amma düşünürəm ki çoxlarımızın ağlına bunlar gəlir.Day-Dayı sözü müəyyən bir yerdən sonra artıq yuxarıda dediyim 3 şeyi xatırladır.
  Dünyaya göz açan kimi day-dayıya ehtiyac duyuruq.Bizim ilk day-dayımız valideyinlərimiz olur.Daha sonra yaxşı təhsil almaq üçün day-dayıya ehtiyac duyuruq bu day-dayıda bizim müəllimimiz olur.Nəhayət gəlirik iş və biznes həyatına artıq burda yuxarıdakı 3 ünsürü özündə birləşdirən şəxsi axtarırıq.

Niyə?

Bu sual siz cavab verin.Müyyən dövrə qədər valideynlər day-dayılıq etdi.Müəyyən dövrə qədər də müəllimlər day-dayılıq etdi.Ömrümüzün sonuna kimi insanlardan aslı yaşamağımız düzgündür?

- Əlbəttə ki yox

 Artıq özümüz özümüzə arxa durmalıyıq.Çətin də olsa bacarmalıyıq.Çünki sıfırdan başlamaq həm bizi azad insan edər həm də özgüvənimiz olar.Əsas odur ki cəhd edəsən, dayanmadan əzm göstərəsən.Yuxarıda qeyd etdiyim 3 ünsürü özündə birləşdirən day-dayının tərifi:

- İşgüzar əlaqələrindən, pulundan istifadə edərək işimizi düz-qoş edən adam.

İşsizlik gənclərimizin ən böyük problemlərindən biridir.Niyə işsiz qalırıq? Günah kimdədir? Nəyi düz etmirik?

 Bu gün elə "Ali təhsilli" məzunlarımız var ki CV yaza bilmir.Elə insanlar var ki o CVdə qeyd etməyə bir şey tapa bilmir.Universiteti bitirir və iş tapa bilmir sonra da işsizlikdən gileylənirlər.Bu düzgün deyil.İşəgötürən şirkətlərin çoxu da 2-3 il təcrübə tələb edir.Onları da anlamaq olar çünki hər kəs istəyər ki özünün bacarıqlı və təcrübəli işçisi olsun.Həm işə girmək istəyən gənc tərəfindən həm işəgötürən şirkət tərəfindən baxsaq hər ikisinin həm haqlı cəhəti həm də haqsız cəhəti var.

 Biznes yaratmaq cəhətddən də baxsaq belə demək olarki Azərbaycanda biznes yaratmaq olar.Bu o demək deyil ki 100000-lik bir şirkət açaq :) Belə böyük işə girişsək bəzi xoşa gəlməz problemlərlə qarşılaşa bilərik ;)
Əgər istəsəniz özünüzə yaxşı iş qura bilərsiniz.Day-dayı olmadan da nə isə əldə etmək olar.Amma bu tənbəllərə görə deyil.Çalışın özünüz özünüzə day-dayı olun.

  Bu yazımı da burda sona çatdırıram.Oxuduğunuza görə hər birinizə təşəkkür edirəm !!!

P.S. Oxuduqdan sonra paylaşsanız çox sevinərəm :)

Hiç yorum yok:

Yorum Gönder