24 Ağustos 2016 Çarşamba

Strategiya olmazsa...

Müharibə və şahmat müəyyən strategiya yaradılaraq qazanılan bir şeydir.Strategiya olmazsa necə olar?
  Təsəvvür edin gözü qapalı avtomobil idarə edirsiniz.Bax bu strategiya olmadan iş görmək kimi bir şeydir.

Startegiyanın məqsədi düzgün həll yolu taparaq hədəfə çatmaqdır.

Həyatınızın hər bir sahəsində mütləq özünəməxsus strategiya hazırlamalısınız.Bu strategiya elə tərtib olunmalıdır ki o sizi gələcək zərbələrdən və uğursuzluqlardan qorumalıdır.Bəzən olur ki müəəyyən bir işə başlayırıq amma sonda məyus oluruq.Səbəbsə önümüzdəki əngəlləri görməməyimizdi.Əgər düzgün düşünülmüş bir strategiya olsaydı bizim də işimiz yolunda gedərdi.İndi sizə Canavar sürüsünün strategiyasından danışım.

  - Canavar sürüsü soyuq dövürlərdə uzaq məsafəyə səfərə çıxdıqları zaman strategiya ilə hərəkət edirlər.Fotoda canavar sürüsünün yola çıxdığını görürsünüz. 
1 rəqəmi ilə qeyd olunan yerdə sürünün xəstə və ən zəif canavarları gedir.
2 rəqəmi ilə qeyd olunan yerdə isə sürünün ən güclü döyüşçü canavarları gedir.Öndə və arxada.
3 rəqəmi ilə qeyd olunan yerdə isə sürünün dişi canavarları və körpə canavarları gedir.
4 rəqəmi ilə göstərilən yerdə isə sürünün başçısı gedir.

 Gördüyünüz kimi çox gözəl bir strategiya ilə hərəkət edirlər və özlərini təhlükədən maksimum səviyyədə qorumağa çalışırlar.Siz əgər Biznes yaratmaq istəyirsinizsə özünüzə strategiya yaradın.Gələcək təhlükələri hesaba alın.İnsanların əksəriyyəti bizneslə bağlı bir şey həyata keçirmək istəyəndə ancaq yaxşı tərəfin nəzərə alırlar.Bir növ özlərini haqlı göstərmək istəyirlər.Bir anlığa özlərini "CEO" hiss etmələri onları aldadır. Başlamazdan əvvəl diqqət edilməli olan şeylər:
 - Hədəf
 - Komanda
 - Təhlükələr
 - Strategiya

Hədəf - Hədəf olmazsa hansı istiqamətə gedəcəyiniz bilinmir.
Komanda- Düzgün seçilmiş komanda uğurun 70%-i deməkdir.Səhv bir seçim sizi batıra bilər.
Təhlükələr- Gələcəyi görmək vacibdir.Gözünün önündəki təhlükəni görmürsənsə çoxdan məğlub olmusan.
Strategiya- Hədəf, Komanda və Təhlükələr. Bunları uğurla həll etmək üçün yaxşı düşünülmüş strategiya mütləq olmalıdır.

P.S Bu günlük bu qədər.Hər birinizə oxuduğunuz üçün təşəkkür edirəm :) 

Hiç yorum yok:

Yorum Gönder