26 Nisan 2017 Çarşamba

" Təxirə salmaq " xəstəliyi olan müştərilərin müalicəsi.



İnsanlar yaşamı boyunca alış-veriş edirlər.Buna səbəb ortada bir ehtiyacın olmasıdı.Ehtiyacı ödəmək üçün inlasanlar ən münasib qiymətə ən keyfiyyətli məhsulu əldə etmək istəyirlər. İnsanlar alış-veriş etdiklərində xoşbəxt olurlar.Lakin bəzi insanlar alış-veriş edərkən necə xoşbəxt olacaqlarını bilmirlər. Bu tip müştərilər satıcı tərəfindən döyülməlidir :). Müştəri bunu çox bəyənəcək və sizə təşəkkür edəcək. Hər müştərini döymək olmaz.

Döyülməli olan müştərini necə tanıya bilərik ?

 - Bu müştərilərin alış-veriş zamanı tez-tez işlətdikləri cümlələr var.Bu cümlələr aşağıdakılardır :
 1. Bəli, həqiqətən gözəldi.Neyniyim görəsən ?
 2.Ooo super, aaa çox əla, wooow... Tamam bunin haqqında fikirləşəcəm.
 3. Malların keyfiyyətinə və sizə bələdəm amma...
 4. Tam mənə görədi amma... hmm... qərarsızam.

Bu cümlələrin sayını daha da artırmaq olardı.Gördüyünüz kimi ortada bir qərar vermə problemi var.Amma qərar vermədikləri üçün müştəriləri döymək olmaz. Siz müştərinin məhsulu niyə alması gərəkdiyi haqqında danışmağa davam edin. Yuxardakı cümlələr kimi əgər müştəri məhsula inanırsa, keyfiyyətinə bələddirsə və onun üçün uyğundusa amma yenədə sualı yaranırsa müştərini elə döyün ki sual ortadan qalxsın və ehtiyacını ödəyərək mağazanı tərk etsin. Bu məqalədə bəhs etdiyimiz " müştərini döymək " əslində fiziki olaraq döymək deyil onun " təxirə salmaq " xəstəliyini döyməkdir.

" Təxirə salmaq " xəstəliyini necə döyək ?

Misal:
1. Bəli, həqiqətən gözəldi.Neyniyim görəsən ?
Cavab: Sizin bu məhsula həqiqətən ehtiyacınız var ?
 Bu cavab müştərini silkələyəcək vuruşdu.Müştəri düşünəcək ki " Deyəsən onu boş yerə məşğul etdiyimi düşünür ". Bu vəsvəsəylə " Bəli var " deyəcək böyük ehtimalla.Ardınca " amma" işlətməmiş siz " Sizə uyğun şəkildə sərfəli kreditlə məhsulu verə bilərik " kimi cümlə işlədərək satışı həyata keçirə bilərsiniz.
 Bu qısa məqaləmdə bura qədər.Çalışaraq, təcrübə qazanaraq " Təxirə salmaq " xəstəliyi ilə peşəkar şəkildə mübarizə apara bilərsiniz.

P.S Oxuduğunuz üçün təşəkkürlər.

1 Kasım 2016 Salı

Ayaqqabını necə sataram ?


Ayaqqabını necə sataram ?

Mağazanın, məhsulun və işçinin olması biznesin davamlı olmasına kifayyət etmir.Təsəvvür edin yeni mağaza açmısınız, mağazaya satacağınız məhsulları yerləşdirmisiniz və bütün işçiləri də tapmısınız. Artıq işə başlamaq lazımdır. İlk iş Satış Menecerinindir.Çünki o məhsulu satmalıdır ki mağazanın digər əməliyyatları işə düşsün. Satış Meneceri avtomobilin açarına bənzəyir. Avtomobili işə salmaq üçün ona mütləq ehtiyyac var və ilk iş ona aiddir. Mən bu yazımda hansısa bir məhsulu necə sata biləcəyimdən bəhs edəcəm.Məsələn mən kişi ayaqqabısı satıram və mağazamda  30-40 ayaqqabı modeli var. Lakin bu modellərdən biri olan B ayaqqabısı çoxdandı yaxşı satılmır. Bu modeli müştəriyə satmaq lazımdır. Mağazaya bir müştəri daxil oldu və ayaqqabılara baxır. Bir şey edib o müştərinin diqqətini cəlb edib inamını qazanmalıyam. Aha tapdım.  Müştərilərin əksər hissəsi ayaqqabılara baxdıqdan sonra bəyəndikləri modellərdən birini yoxlamaq və ya onun qiymətini maraqlanmaq qərarına gəlir.Mağazama daxil olan müştəri bir ayaqqabı bəyəndi və qiymətini soruşdu məndən.Həmin ayaqqabı biraz bahalı ayaqqabıdır. Müştəri bu ayaqqabını bəyənməsinə baxmayaraq mən ona deyirəm : " Bu ayaqqabı elə də məsləhətli ayaqqabı deyil həmçinin biraz bahalıdır. Mən sizə yaxşı və sərfəli ayaqqabı təklif edə bilərəm " . Artıq müştərinin beynində nələrsə baş verir və mənim haqqımda düşünür ki bu satıcı səmimidir və ona inanmaq olar. Müştərinin belə düşünməsinə səbəb o hansısa məhsulu bəyənməsinə baxmayaraq mən onun məsləhətli olmadığını deməyim və o ayaqqabını ona məcbur satmamağımdır. Mənim ona dediyim cümlə onun mənə inanmağına səbəb olmuşdur. Daha sonra mən müştəriyə məsləhət bildiyim üç ayaqqabı modelini göstərirəm.Biri çox ucuz biri çox baha və orta qiymət hesab etdiyim B modeli. Bununla da müştəri mənə inandığı üçün bu üç ayaqqabıdan birini almaq istəyəcək. Sonra isə qiyməti ucuz olan məhsulun yaxşı olduğunu lakin hansısa şəraitə uyğunsuz olduğunu izzah edirəm.Qiyməti baha olanın isə hər geyim ilə uyğunlaşmayacağını qeyd edərək müştərini satmaq istədiyim B modelinə yönəldirəm. B modelinin istənilən şəraitdə, istənilən geyimlə uyğunlaşacağını və qiymətcə sərfəli olduğunu qeyd edərək B modeli ayaqqabını müştəriyə satıram.

  Peşəkar satıcı hər istədiyini müştəriyə sata bilən satıcıdır !

P.S Oxuduğunuz üçün təşəkkürlər !

28 Eylül 2016 Çarşamba

Problemləri problem etmək lazım deyil.


   İstər gündəlik həyatımızda, istərsə də iş həyatımızda problemlərlə rastlaşırıq və bu problemləri aradan qaldırmaq üçün fikirləşirik.Problem çətinlik dərəcəsinə görə 3 hissəyə bölündüyünü bilirik.

 1. Asan ( Özün fikirləşib həll edə biləcəyin problemlər )
 2. Orta ( Özün və yaxın bir insanın birlikdə fikirləşib edə biləcəyi problemlər )
 3. Çətin ( Nə sən nə də yaxınınızın edə həll edə bilməyəcəyi problemlər )

   Problem asandısa əla özünüz bunu edəcəksiniz. Problem ortadırsa özünüz və bacarığına güvəndiyiniz biri ilə fikirləşib həll edə bilərsiniz. Artıq problem sizin üçün çətindirsə nə siz nə də yaxınınız həll edə bilmirsə demək ki bu problemi həll edə biləcək birini axtaracaqsınız.
  Bəs niyə biz hər problemi özümüz həll edə bilmirik? Məncə bu insanların yaşam tərzi və intelektual səviyyəsindən aslıdır.Ola bilər ki bizim üçün çətin kateqoriyaya aid etdiyimiz problem başqa biri üçün asan kateqoriyasına aid olsun. Bu heç də bizim ondan aşağı olduğumuz anlamına gəlmir.Ola bilər ki həmin insanın da hər hansısa çətin bir problemi sizin üçün asan olsun.Problemlərlə daima işləmək insan üçün müsbət bir şeydi. Bu zaman bacarığınız, çevikliyiniz və məntiqi düşüncəniz daha da formalaşır. Hər hansısa problem yaranan kimi başqasından fikir almağa tələsmək lazım deyil. Kreativ insanların problemi həll ermələri bir başqa olur. Belə insanlar problemin həllini digər insanlara nisbətən daha tez tapırlar. Bəzən mümkünsüz hesab etdiyimiz problemlər kreativ düşüncəyə sahib insanlar tərəfindən çox sadə yolla həll olunur. Qısaca yox yerdən bir şey yaradırlar. Kreativ olmağın bir nəzəriyyəsi olmur.Əgər bir komanda yoldaşı axtarırsanızsa və ya işçi axtarırsınızsa kreativ insanlara üstünlük verməyiniz daha doğrudur. Çünki onlar sizin probleminizi ən qısa vaxta və ən optimal üsulla həll edəəck.

P.S Oxuduğunuz üçün təşəkkürlər.Problemləri problem etməyin :) həll edilməyəcək bir problem yoxdur. 

20 Eylül 2016 Salı

İntetnetdən pul qazanmaq deyə bir şey yoxdur.


  İnternetdən pul qazanmaq deyə bir şey yoxdur.Məncə googledə axtarılan ən çox şeylərdən biri " internetdə pul qazanmağın yolu " -dur.İnsanların çox böyük bir hissəsi dərhal varlı olmaq istəyir. Amma heç bir əziyyət çəkmək istəmirlər. Bu tip insanlarda hər gün googledə internetdə pul qazanmağın yolunu axtarırlar.Bəziləri artıq yeni açar sözlər axtarır. Məslən: " babat ideya " " tutuzdurmağın 10 yolu" və s. :)
  İnternetdə axtarışı buraxmaq lazımdır. Əmək sərf etmədən heç nə əldə etmək olmur.İnterneti buraxıb real dünyaya baxmaq lazımdır. Biznes qurmaq, pul qazanmaq elə asan olsaydı dünyada kasıb insanlar qalmazdı.İnternetdə pul qazmaq üçün E-Ticarətlə məşqul olmaq lazımdır. Bu internetdən pul qazanırsınız demək deyil. Bu zəhmətinizlə pul qazanırsınız deməkdir. Prosses internetdə ola bilər. Amma bunun üçün çox əmək lazımdır. Bir sayt açdım oldu bitdi artıq mən qazanacam deyirsinizsə sadəcə xəyal qurursunuz :) bu sahə ilə məşqul olmaq mağaza açmaqdan, geyim satmaqdan çox çətin bir şeydir. Googledə axtarış etməkdən əl çəkmək lazımdır. Nə qədər milyonçu insanların bioqrafyasını oxuyacaqsınız? Nə qədər onlara həsəd aparacaqsınız? İnternetdə məlumat çoxluğu beyni qarmaqarışıq edir. Bəzən bir şey düşünürsən o haqda axtarış edirsən və düşündüyün şeyi əzib zibil qabına atırsan. Mümkünsə 1 ay internetdən uzaq olun ətrafınıza diqqət edin, insanların nəyə ehtiyacı olduğunu fikirləşin, ətrafınızda olan problemlərə həll yolları axtarın, təmiz hava alın. İnanın çox şey əldə edəcəksiniz. Pul qazanmaq asan deyil. İnternetdən qazanmaq isə heç asan deyil.Ona görə də əmək sərf edib çalışmaq lazımdır. Əgər internet üzərindən qazanmaq istəyirsinizsə bir müddət internetdən uzaq durun və düşünün.

İnternetdən pul qazanmaq deyə bir şey yoxdur. Əmək sərf edərək qazanmaq var !

12 Eylül 2016 Pazartesi

Faydalı 10 statistika.


 Biznesiniz var ? Ya web saytınız ?

  Web sayt  biznesdə olmazsa olmazlardan biridir. Web saytınız yoxdursa sizin biznesin böyüməsi, tanınması çox çətin məsələdir. İnsanların çox böyük bir hissəsi məhsul almazdan əvvəl internetdə araşdırma edir və ona görə qərar qəbul edir, alış-veriş edirlər. Sizin də biznesiniz insanların axtarış nəticəsində çıxması üçün bir web saytınız mütləq olmalıdır. Web saytın tərtibinə də diqqət yetirmək lazımdır. İndi isə bu yazıda  web saytın tərtibi ilə əlaqədar qarşıma çıxan statistikaları sizinlə bölüşmək istəyirəm. Düşünürəm ki sizin üçün də maraqlı və faydalı olacaq.

 1 - Bir yerləşdirməni oxumaq üçün 15 dəqiqə vaxt verildikdə, insanların 2/3'ü daha gözəl dizayn olunmuş yazıyı oxumağı seçir.

2 - İnsanların 39%-i əgər web saytın fotosu yüklənmirsə və yə yüklənməsi çox vaxt aparırsa o web saytı istifadə etməyi buraxır.

3 - İnsanların 38%-i web saytın dizaynını bəyənmirsə web saytı izləməyi buraxır.

4 - Dekabr 2013 - Dekabr 2015 arasında tabletdən internet istifadəsi 30% artmışdır.

5 - Dekabr 2013 - Dekabr 2015 arasında ağıllı telefondan internet istifadəsi 78% artmışdır.

6 - Yetkinlərin 13%-i yalnız mobil telefonla internetə daxil olur.

7 - Ağıllı telefon və tablet istifadəçilərinin 40%-i cihazlarından B2B məhsulların araşdırmasını edir.

8 - Web sayt ziyarətçilərinin 47%-i, web saytda hər hansısa bölümə baxmadan şirkətin " məhsullar/xidmətlər " bölümünə baxır.

9 - Ziyarətçilərin 86%-i şirkətin " məhsullar/xidmətlər "-i ilə əlaqədar bilgiləri web saytın ana səhifəsində görmək istəyir.

10 - Ziyarətçilərin 64%-i şirkətin əlaqə bilgilərini ana səhifədə görmək istəyir.

 Bu yazım da bura qədər.Ümidvaram statistikalar sizin üçün maraqlı və faydalı oldu.Oxuduğunuz üçün təşəkkür edirəm.

Mənbələr : Adobe, KoMarketing, ComSource

Biznesdə yerləşmə .


   Biznes qurmazdan əvvəl çox şey plana alınmalıdır və plana uyğun işlər görülməlidir. Bu elə də sadə prosses deyil. Hər bir detal diqqətə alınmalıdır. Ən sadə səhv nə vaxtsa sizə problem yarada bilər. Biznes oline və offline olmaqla 2 yerə ayıra bilərik. Online dediyimiz yəni e-ticarət. Offline dediyimiz isə bildiyimiz və gördüyümüz biznes növləri. Bilirik ki ən geniş yayılan offline biznesdir. Bu yazımda bəhs edəcəyim mövzu offline biznesdə yerləşmə haqqında olacaq. İstənilən biznes sahəsində yerləşmə çox önəmlidir və bununla ciddi məşqul olmaq lazımdır. Bəzi insanlar yerləşməyə diqqət etməyərək yer seçimi edirlər və sonda uğursuz olurlar. Yerləşmə biznesin uğurlu və ya uğursuz olmasında böyük paya sahibdir. İstər ofis olsun, istər kafe olsun, istərsə də mağaza olsun yerləşməni düzgün etdisə demək ki gəlirlə çalışa bilər. Əksinə olsa artıq başlamamış iş zərərdə olacaq. Hər kəs istəyər ki yüksək gəlirli bir biznesi olusun və yaxşı yerdə ofisi olsun. Bəzən bilə-bilə pis yerdə yerləşmə edən insanlar olur. Bunun əksər vaxt əsas səbəbi maliyyə çatışmazlığı olur. İndi isə yerləşmə seçərkən diqqət edilməsi gərəkən bir neçə əsas məlumatları qeyd edim.

1 - İcarə haqqı

 - Məlum məsələdir ki biznes quranların əksər hissəsinin şəxsi binası və ya ofisi yoxdur. Ona görə də çox insan biznes qurarkən icarəyə götürməklə başlayırlar. İcarəyə yer götürülğn zaman insanın ilk düşündüyü icarə haqqı məbləğidir. İcarə haqqı hər yerdə eyni olmur. Məsələn : Şəhərin X ərazisində 20 kv m sahəsi olan bir ofis 500 AZN məbləğində aylıq icarəyə verilə bilər. Amma şəhərin digər Y ərazisində 20 kv m sahəsi olan bir ofis 200 AZN məbləğində aylıq icarəyə verilə bilər.
 Yaranan qiymət fərqi icarəyə verilən yerin yerləşməsinə görə dəyişir.

2 - Sıxlıq

 - Bu çox vacibdir. Ofisinizin və ya mağazanızın yerləşdiyi ərazidə insan sıxlığı nə qədər çoxdursa sizin müştəriləriniz də bir o qədər çox ola bilər.

3 - Məsafə

 - Əgər mağaza açırsınıza buna xüsusi diqqət olunmalıdır. Çalışmaq lazımdır ki mağaza şəhərin mərkəzinə, insanların tez-tez toplaşdığı yerlərə, nəqliyyat yollarına yaxın məsafədə yerləşsin.

 Daha bir çox şey demək olar bu haqda.Gəlirli bir biznes üçün yerləşmə məsələsinə diqqət edilməlidir.Bu yazım da bura qədər.Oxuduğunuz üçün təşəkkür edirəm.

11 Eylül 2016 Pazar

Müştəriyə deyilməməli olan 3 sual 2 cümlə !


   Müştərilərlə işləmək çox çətin məsələdir. Çünki satıcı gün ərzində hər tip müştəri ilə rastlaşır. Müştəri ilə elə dialoq qurulamlıdır ki sonda müştəriyə satış edə bilək. Satış etmək elə də asan prasedura deyil. Buna görə də satıcıdan çox şey aslıdır. Elə satıcı ola bilər ki çox az satış edə bilər. Elə də satıcı ola bilər ki çox satış edə bilər. Satış komandası şirkətin qan damarıdır. Düşünün şirkətdə mühasib var. Mühasib nəyə lazımdır?
 - Şirkətin gəlirlərini, xərclərini və digər maliyyə işlərini görməyə lazımdır mühasib.
 Bəs satış komandası olmazsa və ya satış olmazsa mühasib nəyi hesablayacaq? əmək haqqılar necə veriləcək? Bunları qeyd etməklə satıcının və satışın necə önəmli olduğunu xatırlatmaq istədim.
  Satıcı dialoqda olduğu müştəri ilə danışarkən sözlərinə diqqət etməlidir. Eyni şablon sözləri hər müştriyə demək olmaz. Çünki müştərilər bir-birindən çox fərqli xarakterə və psixologiyaya malikdir. İndi isə satıcının müştəriyə verməməsi gərəkən suallar və deməməsi gərək cümlələrin bəziləri :

1- " Ən yaxşısı yalnız bizdədir ! "

 - Bu cümləni işlətmək düzgün deyil. Məsələn X markalı notebook satırsız və müştəriyə deyirsiz ki " Ən yaxşısı yalnız bizdədir ! " amma X markalı notebooku yalnız siz satmırsınız. " Yalnız " sözü çox təhlükəlidir. Bu söz o vaxt işlədilər ki həqiqətən yalnız sizdə olsun.

2- " Niyə bəyənmədiniz ? "

  - Bu sual səhvdi deməzdim.Amma bu sual dəyişik formada verilsə daha uyğun olar. " Niyə bəyənmədiniz?  " sualını verəndə elə müştəri ola bilər qıcıqlana bilər. Bu sualı məsələn belə vermək olar: " Rəngini yoxsa həcmini bəyənmədiniz? " Bu sualla müştərinin etirazını dəqiq anlamaq mümkündür.

3- " Niyə ki ? "

 - Bu sual müştərini qıcıqlandırır. Müştəri etiraz edirsə və siz bu sualla qarşılıq verirsinizsə artıq müştəri sizə qarşı aqresiv olacaq. Çünki siz bu sualla müştəriyə haqsız olduğunu demiş olursunuz. Buna görə də müştəri etirazını həll edə bilməyəcəksiniz.

4- " Onlardakı elə də yaxşı deyil. "

 - Bu cümləni işlətmək etik deyil.Çünki müştəri digər mağazadan məhsul alıb məmnun qalıbsa sizin onları pisləməyiniz düzgün deyil. Bunun yerinə siz məhsulunuzun digər rəqiblərinizdən niyə fərqləndiyini açıqlamanız daha düzgün olar.

5- " Alırsız yoxsa maraqlanırsız ? "

 - Mən bir müştəri olaraq bu sualla bir neçə dəfə qarşılaşmışam və heç xoşuma gəlməyib. Müştəri mağazaya daxil olursa ya almaq üçün daxil olur ya da maraqlanmaq üçün. Müştəri yalnız maraqlanmaq üçün mağazaya daxil olubsa bu o demək deyil ki nə vaxtsa sizdən məhsul ala bilməz. Siz müştəriyə bu sualı verməklə müştərini sıxmış olursuz. Müştəri isə bu sualdan sonra mağazanı tərk etməyə çalışır.

 Bu yazım da bura qədər. Unutmayın müştəri ilə danışarkən verəcəyiniz suallara və deyəcəyiniz cümlələrə diqqət etməlisiniz.Oxuduğunuz üçün təşəkkür edirəm.