1 Kasım 2016 Salı

Ayaqqabını necə sataram ?


Ayaqqabını necə sataram ?

Mağazanın, məhsulun və işçinin olması biznesin davamlı olmasına kifayyət etmir.Təsəvvür edin yeni mağaza açmısınız, mağazaya satacağınız məhsulları yerləşdirmisiniz və bütün işçiləri də tapmısınız. Artıq işə başlamaq lazımdır. İlk iş Satış Menecerinindir.Çünki o məhsulu satmalıdır ki mağazanın digər əməliyyatları işə düşsün. Satış Meneceri avtomobilin açarına bənzəyir. Avtomobili işə salmaq üçün ona mütləq ehtiyyac var və ilk iş ona aiddir. Mən bu yazımda hansısa bir məhsulu necə sata biləcəyimdən bəhs edəcəm.Məsələn mən kişi ayaqqabısı satıram və mağazamda  30-40 ayaqqabı modeli var. Lakin bu modellərdən biri olan B ayaqqabısı çoxdandı yaxşı satılmır. Bu modeli müştəriyə satmaq lazımdır. Mağazaya bir müştəri daxil oldu və ayaqqabılara baxır. Bir şey edib o müştərinin diqqətini cəlb edib inamını qazanmalıyam. Aha tapdım.  Müştərilərin əksər hissəsi ayaqqabılara baxdıqdan sonra bəyəndikləri modellərdən birini yoxlamaq və ya onun qiymətini maraqlanmaq qərarına gəlir.Mağazama daxil olan müştəri bir ayaqqabı bəyəndi və qiymətini soruşdu məndən.Həmin ayaqqabı biraz bahalı ayaqqabıdır. Müştəri bu ayaqqabını bəyənməsinə baxmayaraq mən ona deyirəm : " Bu ayaqqabı elə də məsləhətli ayaqqabı deyil həmçinin biraz bahalıdır. Mən sizə yaxşı və sərfəli ayaqqabı təklif edə bilərəm " . Artıq müştərinin beynində nələrsə baş verir və mənim haqqımda düşünür ki bu satıcı səmimidir və ona inanmaq olar. Müştərinin belə düşünməsinə səbəb o hansısa məhsulu bəyənməsinə baxmayaraq mən onun məsləhətli olmadığını deməyim və o ayaqqabını ona məcbur satmamağımdır. Mənim ona dediyim cümlə onun mənə inanmağına səbəb olmuşdur. Daha sonra mən müştəriyə məsləhət bildiyim üç ayaqqabı modelini göstərirəm.Biri çox ucuz biri çox baha və orta qiymət hesab etdiyim B modeli. Bununla da müştəri mənə inandığı üçün bu üç ayaqqabıdan birini almaq istəyəcək. Sonra isə qiyməti ucuz olan məhsulun yaxşı olduğunu lakin hansısa şəraitə uyğunsuz olduğunu izzah edirəm.Qiyməti baha olanın isə hər geyim ilə uyğunlaşmayacağını qeyd edərək müştərini satmaq istədiyim B modelinə yönəldirəm. B modelinin istənilən şəraitdə, istənilən geyimlə uyğunlaşacağını və qiymətcə sərfəli olduğunu qeyd edərək B modeli ayaqqabını müştəriyə satıram.

  Peşəkar satıcı hər istədiyini müştəriyə sata bilən satıcıdır !

P.S Oxuduğunuz üçün təşəkkürlər !

Hiç yorum yok:

Yorum Gönder