10 Eylül 2016 Cumartesi

Diqqət SMM !!!

 
  SMM-nin nə qədər önəmli olduğunu çox insan bilmir və ya bilmək istəmir. Artıq Tv reklamları, çöl reklamları populyarlığını itirməkdədir. Sosial medya istifadəçiləri isə günübəgün artır. Artıq yüksək xərc çəkərək Tvdə reklam vermək yerinə dəfələrcə az məbləğ xərcliyərək sosial medyada tanıtım etmək mümkündür. Lakin SMM elə də asan deyil. Bəziləri facebook səhifəsi açaraq " Sabahınız xeyir " yazır bununla da SMM mütəxəssisi olduğunu zənn edirlər. SMM elə də asan deyil. Şirkət, firma və ya mağaza nə qədər keyfiyyətli, sərfəli və yüksək xidmət versə də əgər sosial medya işi bərbad vəziyyətdədirsə nə müştəridə etibar yarada bilər nə də ki satışlarını artıra bilər. İndi isə SMM mütəxəssisinin diqqətli olması gərəkən bir neçə şeyi qeyd edim:

1- Orfoqrafya

 - SMM mütəxəssis Azərbaycan Dilini çox gözəl bilməlidir. Bəzən yazılarda çooox ciddi səhvlərlə rastlaşıram. Yazını yazdıqdan sonra minimum 2 dəfə yazıya diqqət yetirilməlidir. Əgər səhvlər varsa düzəldilməlidir sonra yayımlanmalıdır.

2 - Vaxt

 - Bu çox önəmlidir. Eyni yerləşdirməni günün müxtəlif saatlarında etsək görərik ki yerləşdirməmizin çatdırıldığı insan sayı kəskin fərqlidir. Səhər saatlarında paylaşım etsək məsələn 100 nəfər görür yerləşdirməmizi. Amma axşam saatlarında etsək görərik ki 400-500 nəfər görüb yerləşdirməmizi. Bu nə ilə əlaqədardır? Çünki insanlar daha çox axşam saatlarında aktiv olurlar sosial şəbəkələrdə. Səhər vaxtları insanların çox yatmış olur və ya işdə olurlar.

3 - Foto

 - Yerləşdirmənizin daha cəlbedi görsənməsi üçün çox diqqətli foto seçməlisiniz. Əgər məhsulunuz haqqında tanıtım etmək istəyirsinizsə məhsulunuzun fotosunu peşəkar fotoqraflara çəkdirin və foto üzərind digər dizayn işlərini görün. Qeyri-peşəkar foto ilə yaxşı mənada yadda qala bilmərsiniz.

4 - Rəy

 - Rəylərlə işləmək çox çətin və məsuliyyətli bir işdir. Müştəridən gələn rəyi cavablandırarkən yazı üslubunuza çox diqqət etməlisiniz. Müştəriyə " qaqa, qaqaş, brat və s " deyə xitab etmək olmaz :) Müştəri nə qədər də sizi əsəbləşdirəcək rəy yazsa da unutmayın ki bu sizin şəxsi profiliniz deyil. Bunun üçündə çox təmkinli olmaq lazımdır.

5 - Şrift

 - Sosial şəbəkədə yazarkən Word proqramındakı kimi şrift seçənəkləri yoxdur. Ya böyüklə yazarsan ya da kiçiklə. Bəzi SMM mütəxəssisləri yerləşdirmə edərkən ancaq böyük hərflə yazırlar. Bu heç düzgün deyil çünki göz yorur və oxuyan insanı qıcıqlandırır. Çox insan isə heç oxumadan keçir. Bu tip SMM mütəxəssislər imkan olsaydı yazıları 500 ölçüsü ilə yazarlar :) Onlar deşünür ki nə qədər böyüklə yazsam daha çox oxunar :)

 Bu yazımı da burada sona çatdırıram. SMM ilə əlaqədar çooox şey danışmaq mümkündür. Amma mən çox qısa da olsa məlumat verdim sizə. SMM ilə ciddi məşqul olmaq lazımdır. Oxuduğunuz üçün təşəkkürlər.

P.S Paylaşsanız çox sevinərəm :)

Hiç yorum yok:

Yorum Gönder