23 Ağustos 2016 Salı

StartUp yoxsa Qrant ovçusu ?

Günümüzdə tez-tez rastlaşdığımız bir söz var "StartUp".Bu StartUp nə olan şeydi deyənlər çoxdu.StartUp barəsində danışmazdan əvvəl Biznesdən biraz bəhs eləmək istiyərdim.Bir insanın bizneslə məşqul olması üçün çoxlu səbəblər var.Bizneslə məşqul olmaq istəyənlər 3 yerə bölünür:
 1- Ancaq pul qazanmaq istəyənlər.
 2- "Biznesmen" statusu əldə etmək istəyənlər.
 3- Məqsədi olub irəli getmək istəyənlər.

Amma  təəsüf ki 1-ci və 2-ci seçənəklər ölkəmizdə daha çoxdur.Ancaq pul üçün başlanan biznesin sonu çox yaxındır.Ancaq pul üçün biznesə başlayan insan ilk uğursuzluqda geri çəkilir.Məqsədi və hədəfi olan insanlar əs uğuru əldə edə bilər.Son vaxtlarda isə Biznesmi deyim yoxsa nə deyim bilmirəm "StartUp" məvhumu yaranıb.Düzdü xarici bazarda StartUplar çox gözəl inkişaf edib və çox irəliləyiblər.Amma bizim bazarda çox startup var ki özləri də nə ermək istədiklərini bilmirlər.Əlbətdəki uğurlu olanları da var.Amma çox az sayda.İndi deyəcəyim şeylə razılaşmaya bilərsiniz amma mənim üşün "StartUp" sadəcə "Qrant Ovçusu"dan başqa bir şey deyil.Ölkəmizdə StarUp sözünü çox adiləşdiriblər.Bir ideya yaranan kimi investor axtarışına başlayırlar.İnvstor sizə niyə pul versin? Bu biznes deyil.
  Biznes - risk alaraq öz maddi vəsaitini ortaya qoyaraq və normal insanlardan 2 qat artıq çalışaraq bazara girmək məharətidir !!!
 "Qrant Ovçuluğunu" buraxmaq vaxtıdır.Qarant əldə edənlərin əksəriyyəti bir neçə aya fəaliyyətini dayandırır.Azərbaycanda StartUp bir yarışmadır.Gözləyirlər ki bir qrant olan yarışma olsun qatılaq bir şey qazanaq.StartUp ideyalar daha çox IT sahəsi ilə bağlı olur.2-3 web devloper bir araya gəlir və bir şeylər yaradır.Bu kifayət edir?
 -Əlbəttə ki YOX !
Ola bilər ki əla devlopersən amma biznes bacarığın və təcrübən yoxdursa heç bir şey əldə edə bilmərsən.
  StartUplarla bağlı olan bu düşüncələrim hər kəsə aid deyil.Bizdə yaxşı StartUplar da var amma 2-3%.

 Bu yazımı burda sonlandırıram.Bloqumun ilk məqaləsini də beləcə başa vurdu m :) Davamlı olaraq məqalə yerləşdirəcəm.Fikirlərinizi və mövzuya münasibətinizi bilsəm çox şad olaram :)

Hiç yorum yok:

Yorum Gönder